“Qarabağ” bu gün ikinci transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Julio Romao ilə münasibətlərini rəsmiləşdirib.
24 yaşlı braziliyalı legioner dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir.
O, “Partizan”a yollanan Patrik Andradenin yerinə gətirilib. Kabo-verdeli legionerin boşluğunu doldurmalı olan cənubi amerikalı artıq Azərbaycandadır.
2014-2015-ci illərdə “Qolas”ın formasını geyinmiş “sambaçı” növbəti 3 mövsümü “Atletiko Parananese”də keçirib. 2019-2020-ci il mövsümünü “Ponte Preta”da başa vurub.
2020-ci ilin yayında Portuqaliyaya gələn Julio “Santa Klara” ilə anlaşıb. “Qarabağ” onu elə bu klubundan düşərgəsinə dəvət edib (sportinfo.az).
“Köhlən atlar”ın bu yay etdiyi ilk transfer Marko Yankoviçdir. Monteneqro yığmasının yarımmüdafiəçi ”Hapoel”dən (Təl-Əviv) bura gəlib.