Azərbaycan Premyer Liqası keçmiş SSRİ-nin ən güclü futbol liqasıdır.
Apasport.az saytının məlumatına görə, bu, İFFHS-in 2022-ci ilin yekunlarına əsasən tərtib etdiyi dünya reytinqində öz əksini tapıb.
Qurumun bu gün açıqlanan cədvəlində planetin ən güclü 80 liqası yer alıb. Postsovet məkanından 11 çempionat siyahıya düşüb.
Dünyada 41-ci olan Azərbaycan çempionatı MDB və Baltikyanı ölkələr arasında ən yüksək mövqedədir. Latviya ikinci, Litva üçüncüdür. Buna Rusiya və Ukraynanın kəskin şəkildə geriləməsi səbəb olub.
Siyahıdakı 80 liqadan 45-i UEFA üzvləridir. Azərbaycan Avropa ölkələri arasında 21-cidir.
Qeyd edək ki, postsovet məkanından Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan siyahıya düşməyib.
yer |
2021 |
liqa |
xal |
41 |
60 |
Azərbaycan |
349,25 |
46 |
64 |
Latviya |
332 |
51 |
61 |
Litva |
322,5 |
55 |
69 |
Ermənistan |
300,5 |
57 |
66 |
Özbəkistan |
297 |
58 |
57 |
Estoniya |
296,25 |
65 |
72 |
Gürcüstan |
274 |
70 |
35 |
Moldova |
259 |
73 |
27 |
Ukrayna |
256 |
78 |
78 |
Belarus |
242,5 |
80 |
36 |
Rusiya |
223 |