Misli Premyer Liqasının I turu yeni legionerlərin debütü ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb.
Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb. Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vinsent Til “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.
Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdı.
Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinib. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.