Qabil Mehdiyev: "İdmançımız sistem köçürülüb, ilkin tibbi yardım göstərilib"
23.06.2023 - 23:16
Qabil Mehdiyev: "İdmançımız sistem köçürülüb, ilkin tibbi yardım göstərilib"

Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.

Apasport.az saytı xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin press ataşesi Qabil Mehdiyev deyib.

O, təmsilçimizin ciddi xəsarət almadığını bildirib: "İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşündə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".

writer photo
Əlirza Əlirzalı
0