"Qalatasaray"dan Barış Alper Yılmaza 7 qat maaş
09.10.2024 - 10:11
Super Liqa təmsilçilərindən "Qalatasaray" Barış Alper Yılmaza yüksək maaş verərək onunla müqavilə yeniləməyə yaxındır.
Apasport.az "Fanatik"ə istinadla xəbər verir ki, Yılmazın illik 10 milyon lirə qazandığı müqaviləsində 7 qat artım olacaq.
Xəbərdə Barış Alperin 2027-ci ilə qədər müqavilə müddətinin dəyişməyəcəyi və maaşının 70 milyon lirəyə yüksəldiləcəyi qeyd edilib.
Türkiyə millisinin üzvünün qısa müddətdə rəsmi olaraq yeni müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Yılmaz bu mövsüm "Qalatasaray"ın heyətində 13 oyun keçirib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0