"Qalatasaray"dan Batşuayi açıqlaması
20.06.2024 - 19:47
"Qalatasaray"dan Batşuayi açıqlaması

Super Liqa təmsilçilərindən "Fənərbaxça" ilə müqaviləsi başa çatan Mişi Batşuayinin transferi ilə bağlı "Qalatasaray" açıqlama yayıb. 

Apasport.az xəbər verir ki, "Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu Batşuayinin "sarı-qırmızılı" kluba transfer olunacağı ilə bağlı sualları cavablandırıb:

"Rəsmi imzalar atılmayıb. Rəsmi imzalar atılana qədər bir şey deməyim düzgün deyil. Amma o, bizim maraqlandığımız, bəyəndiyimiz, komandamızda görmək istədiyimiz oyunçudur". 

Qeyd edək ki, ötən mövsüm Batşuayi "Fənərbaxça"nın heyətində 43 oyunda 1865 dəqiqə meydanda olub. 30 yaşlı futbolçu bu matçlarda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0