Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
16.08.2022 - 12:04
Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"

“İşimizin ciddiliyini fərq edirik".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk oyun barədə danışarkən deyib.

30 yaşlı vitse-kapitan mətbuat konfransında sabahkı qarşılaşmada məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: “Evdə oynayacağıq. Bu dəfə də azarkeşlərimizin etimadını doğrultmağa çalışacağıq. Ev üstünlüyümüz var. Tarixi nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik. "Viktoriya" pley-offa çıxıbsa, xüsusi diqqət edilməli olan nöqtələri var. Çalışacağıq ki, Bakıda 90 dəqiqə üstün oynayan tərəf biz olaq".

- Əvvəllər yay aylarında isti komandalarımız üçün üstünlük olsa da, indi bizim futbolçularımız da istidən əziyyət çəkirlər...
- Bizim üçün də Bakının bürküsü çətinlik yaradır. Amma ev amili bu çətinlikdən çıxmağımıza kömək olur. Neçə vaxtdır buradayıq, hava durumuna öyrəşmişik. Polşa, Macarıstanda hava daha sərin idi. Bu mənada burada oynamaq onlara daha çətin olur. Bürkünün bizə də ziyanı var. Amma ev amili bu çətinlikdən çıxmağımıza kömək olur.

- Hazırda komanda daxilində həyəcan nə yerdədir?
- İşimizə peşəkar yanaşmağa çalışırıq. Ötən qələbədən sonra azarkeşlərin çılğın sevinci normaldır. Biz eyforiyaya qapılmırıq, sevinməyə də vaxtımız yoxdur. Baş məşqçinin növbəti oyun üçün tapşırıqlarına əməl etməyə çalışırıq. Həyəcana görə səhv etmək kimi düşüncəmiz yoxdur. Komanda yoldaşlarımızla sabahkı matçın mahiyyətini dərk edirik. Bu bizə həyəcan yox, məsuliyyət verir. Təmsil etdiyimiz ad var, bunun məsuliyyəti ilə meydana çıxacağıq. Futbolçuların əksəriyyəti Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi.

writer photo
Əlirza Əlirzalı
0