"Qarabağ" "Bayer"lə matçda uğurlu nəticə əldə etsə...
01.03.2024 - 16:05
"Qarabağ" "Bayer"lə matçda uğurlu nəticə əldə etsə...

“Qarabağ”ın Premyer Liqadakı növbəti matçı da təxirə salına bilər.

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirəcəyi görüşün başqa vaxta ertələnməsi ehtimalı var.

Amma bu, “Qarabağ”ın martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”ə qarşı Bakıda keçirəcəyi ilk oyundan asılı olacaq.

Belə ki, ilk matçda uğurlu nəticə qeydə alınarsa, komanda martın 10-da “Zirə”yə qarşı görüşün təxirə salınmasını xahiş edəcək.

Ağdam klubunun Leverkuzendəki cavab görüşü martın 14-də olacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Premyer Liqanın 25-ci turu çərçivəsində martın 3-də “Neftçi”yə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0