Avropanın top komandalarının noyabr ayı üçün ilk reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 438 ən güclü klubu yer alıb.
Siyahıda Azərbaycanın üç komandası yer alıb. Ölkəmizin ən yaxşı təmsilçimiz “Qarabağ”dır.
Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 1 pillə geriləyib. Xal hesabını 213-ə qədər artıran Azərbaycan çempionu Avropada 80-cidir.
Digər klublarımız cədvəlin ikinci yarısında yer alıb. İki pillə geriləyən “Neftçi” 33 xalla qitədə 226-cıdır. Yeddi addım irəliləyən “Qəbələ” 5 xala 382-ci pillədə qərarlaşıb.
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi “Gent” 68-ci yerdədir. Belçika klubunun 266 xalı var.
Qeyd edək ki, siyahıya 2385 xala malik “Real” başçılıq edir.