"Qarabağ" daha bir legionerini göndərdi
09.09.2024 - 15:55
"Qarabağ" hücumçusu Hamidu Keytayla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mərbuat xidməti məlumat yayıb.
29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
0
0