Klubların dünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə planetin ən güclü 305 klubu yer alıb.
Siyahıda Azərbaycan yalnız bir komanda ilə təmsil olunub. Bu, ölkə çempionu “Qarabağ”dır.
Misli Premyer Liqasının lideri 149 xalla dünyanın 62-ci komandasıdır. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyib. Ağdam klubu mövqeyini Argentina klubu “Talleres”lə bölüşür.
Qeyd edək ki, cədvələ “Flamenqo” başçılıq edir. Braziliya klubunun 313 xalı var. “Real” 1-ci pillədən 5 xal geri qalır. İlk “üçlüy”ü 263 xala malik “Palmeyras” qapayır.