“Qarabağ” - dünyanın önündə
24.05.2022 - 11:49
“Qarabağ” - dünyanın önündə

Dünyanın futbol liqalarında davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilərdə “Top-5” cədvəlləri müəyyənləşib.

Azərbaycan klublarından yalnız “Qarabağ” planetin ən yaxşıları sırasında yer alıb. Premyer Liqanın çempionu olan Qurban Qurbanovun yetirmələri iki seriyası ilə fərqlənib.

Ağdam klubu hər iki göstəricidə nəinki “Top-5”dədir, hətta dünya rekordçusudur. Hər iki halda şəriki olan “Qarabağ” dünyanın önündə gedir.

Ağdam klubu 20 matçdır buraxılan qol sayında ALT1,5 oynayır. Sonuncu dəfə Qurbanovun komandasını “Səbail” daha çox məyus edib – 1:3. VIII turun görüşündən sonra isə 20 qarşılaşmadır heç kim bunu bacarmır. 

Dünyada yalnız iki yüksək liqa klubu belə seriyaya malikdir. “Qarabağ”ın şəriki sabiq futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”sudur.

Qurbanovun komandası son 6 ev görüşündə ümumiyyətlə qapısında top görməyib. Bu da şərikli dünya rekordudur.

“Klaksvik” (Farer adaları), “Samqurali” (Gürcüstan) və “Əl-Əyn” (BƏƏ) də analoji seriyaya malikdir. Onlar “Qarabağ” kimi 6 ev matçında qapısını kilidləyib.
 

writer photo
Əlirza Əlirzalı
0