“Qarabağ” – “Frayburq” oyununa PROQNOZ
03.11.2022 - 11:33
“Qarabağ” – “Frayburq” oyununa PROQNOZ

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” “Frayburq”la görüşəcək.

Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək görüş proqnozsevərlər və ekspertlərin diqqətindən kənar qalmayıb.

Futbol mütəxəssisi Andrey Fomenko da qarşılaşmaya mərc edib. O, özünün favoritini müəyyənləşdirib:

Bukmekerlərin əmsallarına baxsaq, bu oyunda aşkar favorit yoxdur. Amma “Qarabağ” daha şanslı göstərilir.

Ağdam klubu dünən “Şamaxı”ya rəhm etməyərək Misli Premyer Liqasının XII turunu 4:0 hesablı qələbə ilə başa vurub. Bu 3 xal komandanın liderliyini daha da möhkəmləndirib.

Avrokuboklarda isə “Qarabağ”ı final döyüşü gözləyir. Pley-offa yüksəlmək üçün kollektiv mütləq qalib gəlməlidir.

5 turdan sonra 13 xala malik “Frayburq” birinci yeri təmin edib. Bu, Almaniya klubuna ehtiyat qüvvəni böyük məsuliyyətli “məşq”də sınamaq imkanı yaradıb. 

“Frayburq”un Bundesliqada da işləri sabitdir. Son iki turda “Şalke” və “Verder” üzərində eyni – 2:0 hesablı qələbələr sıralanıb.

“Qarabağ” “Frayburq”la matçda da qələbə üçün bütün qüvvəsini qoyaraq təşəbbüsü ələ almağa və birinci nömrə ilə oynamağa çalışacaq. Meydan sahiblərinin 2,00 əmsalla dəyərləndirilən qələbəsinə mərci təklif edirəm.

Proqnozum: 1

writer photo
Əlirza Əlirzalı
0