“Qarabağ” – “Haken”: KİM ŞANSLIDIR?
14.12.2023 - 14:53
Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Haken” (İsveç) görüşünün əmsalları açıqlanıb.
Apasport.az xəbər verir ki, bukmeker kontorları Azərbaycan çempionunu matçın favoriti sayırlar.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 1,38, İsveç təmsilçisinin qalibiyyəti 6,29 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,60 əmsal verilib.
Qeyd edək ki, matç saat 21:45-də başlayacaq.
0
0