“Qarabağ” – “Nant” oyununa PROQNOZ
12.09.2022 - 13:07
“Qarabağ” – “Nant” oyununa PROQNOZ

Bu həftə avrokuboklarda qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” qrupda ilk ev sınağına çıxacaq.

Təmsilçimizin “Nant”la sentyabrın 15-dəki qarşılaşması proqnozsevərlərin də maraq dairəsindədir. Futbol eksperti Stanislav Roqaçov da bu görüşə proqnoz verib. Orta hesabla 1,68 əmsallıq təxminlər verən mütəxəssisin mərclərinin 60 faizi dəqiq alınır. Roqaçov Bakıdakı görüş üçün 2,60 əmsallıq variantı düzgün hesab edir:

Rəqiblərin yolları indiyədək kəsişməyib. Bukmekerlər bu qarşılaşmada aşkar favoriti müəyyənləşdirməyib. Onlar tərəflərin qələbə şanslarını təxminən bərabər sayır.

Amma “Qarabağ” beynəlxalq arenada təcrübəli komandadır. Üstəlik azərbaycanlılar doğma divarlar arasında yetərincə yaxşı oynayır.

Ağdam klubu cari mövsüm öz meydanındakı 7 oyunda 5 qələbə qazanıb. Yalnız iki dəfə qonaqlar “Qarabağ”ın meydanından məğlubiyyətsiz ayrılıb.

“Nant”ın səfərdəki işləri isə yaxşı getmir. Fransa təmsilçisi rəqib meydanındakı qarşılaşmaların az qala yarısında uduzub. Ona görə də “Qarabağ”ın qələbə qazanacağını daha real sayıram.

Proqnozum: 1

writer photo
Əlirza Əlirzalı
0