“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlandı
13.09.2022 - 09:41
“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlandı

Avropa Liqasının II turunun “Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sentyabrın 15-də keçiriləcək matçı albaniyalı ədalət təmsilçiləri idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Enea Jorgji olacaq. Ona Denis Rexha və Ridiger Çokaj kömək edəcək. Dördüncü hakim funksiyasını Juxhin Xhaja yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi italiyalı Luka Pairetto, onun assistenti Cakomo Paqanessi olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0