“Qarabağ” - “Olimpiya”: KİM ŞANSLIDIR?
31.08.2023 - 13:27
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 1,63, Sloveniya təmsilçisinin uğuru 4,96 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,76 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
0
0