“Qarabağ” onlara tapşırıldı
21.02.2023 - 13:17
“Qarabağ” onlara tapşırıldı

“Gent” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-offunun cavab görüşünü Şotlandiyadan olan hakimlər idarə edəcək.

Belçikadakı görüşün baş hakimi Vilyam Kollum olacaq. Ona həmyerliləri Fransis Konnor və David Rume kömək edəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

VAR hakimləri İngiltərədən olacaq. Fevralın 23-dəki qarşılaşmaya David Kut referi, Li Betts onun köməkçisi kimi təyinat alıb.

Qeyd edək ki, “Gent” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0