“Qarabağ” qalib gəldi, "Neftçi" bürüncü rəsmiləşdirdi - YENİLƏNİB
02.05.2023 - 21:53
“Qarabağ” qalib gəldi, "Neftçi" bürüncü rəsmiləşdirdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, turun son günündə bir oyun keçirilib.

“Neftçi” və “Qarabağ” növbəti Azərbaycan derbisində qarşılaşıb. İlk “üçlük”də yerini təmin edən bakılılar gümüş medal şansını itirməmək üçün mütləq qalib gəlməli idilər. Amma buraxılan erkən qollar və qırmızı vərəqə "Neftçi"nin planlarını pozub. Məğlubiyyət "Neftçi"nin mövsümü bürünc medalla bitirəcəyini də rəsmiləşdirib.

Çempionatın lideri isə “Sabah”la aradakı xal fərqini yenidən 7-yə yüksəldib. Növbəti turda qazanılacaq qələbə Qurban Qurbanovun yetirmələrinə çempionluğu rəsmiləşdirmək şansı qazandıracaq.

Qeyd edək ki, XXXIII turun matçları mayın 5-8-də keçiriləcək.

Misli Premyer Liqası
XXXII tur
2 may (çərşənbə axşamı)
20:00. “Neftçi” – “Qarabağ” - 2:4
Qollar:
Mateus Saldanya, 40. Emin Mahmudov, 64 (pen.) - Ramil Şeydayev, 10. Leandro Andrade, 16. Mateus Saldanya, 54 (öz qapısına). Abdullah Zubir, 80.
Qırmızı vərəqə: Voyislav Stankoviç, 31
Baş hakim: İnqilab Məmmədov
“Neftçi”: 1. İvan Brkiç, Voyislav Stankoviç, 4. Solomon Kverkveliya,14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k),  27. Fərid Yusifli, 6 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 81. Kevin Medina, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
“Bakcell Arena”

1

Qarabağ

32

25

6

1

81-20

81

2

Sabah

32

23

5

4

68-23

74

3

Neftçi

32

18

7

7

58-32

61

4

Qəbələ

32

13

9

10

45-41

48

5

Zirə

32

11

9

12

38-45

42

6

Turan Tovuz

32

8

8

16

27-43

32

7

Kəpəz

32

6

11

15

31-54

29

8

Sumqayıt

32

7

7

18

23-59

28

9

Şamaxı

32

4

11

17

25-47

23

10

Səbail

32

5

7

20

26-56

22

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 18 qol, Coy Lens Mikels ("Sabah") - 17 qol, Aleksey Kaşuk ("Sabah") - 15 qol, Emin Mahmudov ("Neftçi") - 15 qol

writer photo
Əlirza Əlirzalı
0