"Qarabağ" "Ümid yeri"ndə - FOTOLENT
24.05.2023 - 17:04
Bu gün "Qarabağ" FK və "Sirab" ASC birlikdə Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağının qonağı olublar.
Apasport.az saytının məlumatına görə, klubun direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular - Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.
Çelikel uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb.
Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.
0
0