“Qarabağ” və “Zirə” futbolçuları meydana şəhid övladları ilə çıxdı
27.05.2022 - 19:02
Azərbaycan kubokunun “Qarabağ”la “Zirə” arasında keçirilən final oyunundan əvvəl Peşəkar Futbol Liqası anlamlı jestlə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, hər iki komanda meydana şəhid övladları ilə çıxıb.
Dövlət himni səsləndikdən sonra isə qurumun prezidenti Ramin Musayev onların hər birinə hədiyyə təqdim edib.
Qeyd edək ki, final qarşılaşması Qəbələ şəhər stadionunda keçirilir.
0
0