“Qarabağ” – “Viktoriya” oyununa nə qədər bilet qalıb?
17.08.2022 - 00:56
“Qarabağ” – “Viktoriya” oyununa nə qədər bilet qalıb?

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyununun biletləri tükənmək üzrədir.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, satışa çıxarılan biletlərdən cəmi 224-ü qalıb. 30, 31, 37 və 38-ci sektorlara qalan son biletləri iticket.az, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindəki satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Viktoriya” oyunu saat 20:45-də start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0