Avropa Liqasının qrupunda mübarizə aparan “Qarabağ”ın oyununa proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Troitski V turun “Nant” – “Qarabağ” görüşünə mərc edib.
O, oktyabrın 27-dəki matçın favoritini müəyyənləşdirib:
“Nant” bu səviyyəyə təsadüfən çıxıb. Düzdür, “bülbüllər”in qızıl dövrünü xatırlayanlar var. Amma həmin vaxtdan iki onillik ötüb.
Elə ötən mövsümdə də yalnız kubokda uğur əldə olundu. 2001-ci ildən sonra qazanılan ilk mükafat komandanı avrokuboklara daşıdı. Amma onda da Liqa1-də yalnız 9-cu yerdə qərarlaşdı. Cari mövsümdə daxili arenada işlər daha pis gedir.
Avropa Liqasının səviyyəsi ilə ayaqlaşmaq isə “Nant”ın gücünə görə deyil. Öz meydanında ulduzlardan ibarət “Olimpiakos” üzərində qələbə ilə başlanan qrup mərhələsi ardıcıl üç quru məğlubiyyətlə davam etdi. Faktiki olaraq pley-off şansı olmayan komanda əsasən üçüncülük üçün mübarizə apara bilər.
“Qarabağ” avrokubokların möhkəm döyüşçüsü statusunu təsdiqləməkdədir. “Köhlən atlar” Azərbaycan futbolunun liderinə çevrilib. Düzdür, sonuncudan əvvəlki mövsümdə sensasiyalı şəkildə çempionluğu “Neftçi”yə uduzdular.
Amma ağdamlılar bunu bir il sonra zirvəyə qayıtmaqla kompensasiya etdilər. Yayda Çempionlar Liqasının təsnifat oyunları oldu. Əsas mərhələyə yüksəlmək üçün bir az çatmadı.
Qurban Qurbanovun yetirmələri evdəki qolsuz heç-heçədən sonra Plzendə hesabı açsalar da, “Viktoriya”dan iki cavab topu buraxdılar. Azərbaycanlılar özləri üçün daha öyrəncəli olduqları Avropa Liqasına “Frayburq”a məğlubiyyətlə başladılar. Amma sonra özlərini əla göstərməyi bacardılar. “Nant”ı evdə, “Olimpiakos”u səfərdə 3:0 hesabı ilə darmadağın edən “Qarabağ” üçün Yunanıstan təmsilçisi ilə Bakıdakı qolsuz heç-heçə aşkar uğursuzluğa bənzəyirdi. Buna baxmayaraq yenə də pley-off üçün şanslar əladır.
“Nant” evdə oynadığı üçün favorit kimi qiymətləndirilir. Amma “Qarabağ” daha inamlı görünür. Bu üzdən qonaqların 2,01 əmsalla dəyərləndirilən foralı qələbəsinə mərc edirəm.
Proqnozum: Fora2 (0)