Azərbaycan çempionu “Qarabağ” sabah növbəti avrokubok matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının “Viktoriya” ilə pley-offdakı ilk oyununu təkcə azarkeşlər deyil, proqnozsevərlər də səbirsizliklə gözləyir.
Bu üzdən də əksər futbol ekspertləri Azərbaycan və Çexiya çempionlarının duelinə proqnoz verib. Tanınmış futbol eksperti Aleksandr Babanakov da qarşılaşmaya öz variantını təqdim edib:
“Qarabağ” Ferensvaroş”u keçməyi bacarıb. Baxmayaraq ki, öncədən Stanislav Çerçesovun komandası favorit sayılırdı.
Maraqlı fakt ondan ibarətdir ki, “Qarabağ” cari mövsümün bütün matçlarında rəqiblə müqayisədə daha çox künc zərbəsi yerinə yetirib. Bu da cinahların komandadakı böyük rolundan xəbər verir. Ramil Şeydayevlə Abdullah Zubir “Ferensvaroş” üçün də çox problem yaratdılar. “Qarabağ”ın evdə oynadığını və qələbə qazanmağa çalışdığını nəzərə alsaq, komanda yenə daha çox künc zərbəsi vuracaq.
“Şerif” “Viktoriya”ya həm evdə, həm səfərdə qol vurmuşdu. “Viktoriya” cari mövsümün 7 oyunundan altısında qapısından qol buraxıb.
Hesab edirəm ki, indi “Qarabağ”ın hücum xəttində hər şey tam qaydasındadır. Azərbaycan çempionunun bir deyil, daha çox qol vurmaq şansları yüksəkdir. Bu üzdən də “1-ci komanda 1 Üst” mərc gəlmək daha düzgündür.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq.