"Qarabağ"ın legioneri: "Daha böyük xəyallar da qura bilərik"
14.02.2024 - 15:33
"Qarabağ"ın legioneri: "Daha böyük xəyallar da qura bilərik"

"Hər kəsi təəccübləndirmək üçün əla şansımız var. Bu rəqib ilə matçlarda ciddi və güclü olmalıyıq".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Portuqaliyada "Braqa"ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl "Uol.com" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın son illərdə daha uğurlu çıxış etdiyini xatırladıb: "Nəhənglərin sırasında olmağımız bizdə işlərin yaxşı getdiyini göstərir. Daha böyük xəyallar da qura bilərik".

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0