Avropa Liqasının “Qarabağ” – “Nant” oyununda bir dəqiqəlik sükut olub.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin II turunun Bakıda keçirilən matçının start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq bir dəqiqəlik sükut edib.
Bununla da Azərbaycan – Ermənistan sərhədində şəhid olanların xatirəsini yad edib. Allah rəhmət eləsin!
UEFA “Qarabağ”ın görüşdən öncə rəsmi sükut elan olunması ilə bağlı müraciətini müsbət cavablandırmasa da, fanatlar özləri belə addım atıb. Sentyabrın 13-də başlayan döyüşlər zamanı şəhid olduğu açıqlanan 71 hərbçinin xatirəsi yad edilib.
Görüşdən öncə “Şəhidlər ölməz, vətən bölünməz”, “Ən böyük əsgər, bizim əsgər” tipli vətənpərvər şüarlar səsləndirilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşma saat 20:45-də başlayıb.
- AMADA gimnastlar üçün seminar keçirib
- Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub - Rəsmi
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- “Qəbələ”nin mümkün rəqiblərinin duelində sülh
- Entonidən zorakılıq etməsinə cavab: “Əllərindən tutdum...”