“Qarabağ”ın oyununun yeri dəyişdirilib
25.09.2023 - 16:22
“Qarabağ”ın oyununun yeri dəyişdirilib

“Qarabağ” – “Sumqayıt” matçının yeri dəyişdirilib. 

Apasport.az saytının məlumatına görə, buna “atlılar”ın PFL-ə müraciəti səbəb olub.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL  “Qarabağ” – “Sumqayıt”  oyunun “Azersun Arena”da  keçirilməsinə qərar verib. 

Qeyd edək ki, görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur.

writer photo
Əlirza Əlirzalı
0