Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirəcək “Qarabağ” tarixində 5-ci dəfə Polşa klubu ilə duelə çıxacaq.
Apasport.az saytının məlumatına görə, bunadək Ağdam təmsilçisinin bu ölkə klubları ilə yolları 4 dəfə kəsişib.
Bütün duellərdə mərhələni “Qarabağ” adlayıb. Təmsilçimiz “Visla”, “Pyast”, “Legiya” və “Lex”lə ümumilikdə 7 matçdan beşində qalib gəlib. Yalnız bir dəfə uduzan ağdamlılar bir matçda heç-heçə ilə kifayətlənib. Bu üstünlük top fərqində də əksini tapıb – 16-7.
2010/11 mövsümü
Avropa Liqası, III təsnifat mərhələsi
“Visla” – “Qarabağ” – 0:1, 2:3
2013/14 mövsümü
Avropa Liqası, II təsnifat mərhələsi
“Qarabağ” – “Pyast” – 2:1, 2:2
2020/21 mövsümü
Avropa Liqası, pley-off
“Legiya” – “Qarabağ” – 0:3
2022/23 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
“Lex” – “Qarabağ” – 1:0, 1:5