"Qarabağ"ın rəqibi 3 qol vursa da, yenə qalib gələ bilmədi
12.02.2023 - 00:31
"Qarabağ"ın rəqibi 3 qol vursa da, yenə qalib gələ bilmədi

"Qarabağ"ın Avropa Konfrans Liqasının pley-offundakı rəqibi olan "Xent" Bakıya qələbə qazanmadan gələcək.

Apasport.az xəbər verir ki, "Xent" Belçika çempionatının XXV turunda "Vesterlo"nun qonağı olub.

Görüş 3:3 hesabı ilə başa çatıb. "Xent"dən qolları Huxo Keypers (14, penalti) və Norveç vətəndaşı olan nigeriyalı hücumçu Cift Orban (30, 66) vurub. Bu, Orbanın yeni komandasında debüt matçı olub.

“Xent” hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 3 matçdır ki, Belçika çempionatında qələbə qazana bilmir.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə fevralın 23-də Xent şəhərində keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0