“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, qitənin ikinci dərəcəli klub turnirində qrup mərhələsinin püşkatması zamanı bəlli olub.
Türkiyənin İstanbul şəhərindəki tədbirdə Qurban Qurbanovun yetirmələri G qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və "Nant" (Fransa) ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək. Matçların təqvimi yaxın müddətdə açıqlanacaq.
Qeyd edək ki, avrokubok mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” “Lex” (0:1, 5:1), “Sürix” (3:2, 2:2), “Ferensvaroş” (1:1, 3:1) və “Viktoriya” (1:1, 1:2) ilə qarşılaşıb.