Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi sentyabrın 6-da Almaniyaya yollanacaq.
Azərbaycan çempionunu aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 21:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 22:00-da Ağdam təmsilçisi "Volfsvinkel" stadionunda (Europa-Park Stadion) məşqə çıxacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.