“Qarabağ”ın səfər seriyası: Dünya ikincisi
06.09.2022 - 00:00
“Qarabağ”ın səfər seriyası: Dünya ikincisi

Səfər qələbələrindən ibarət ən uzun davam edən seriyalar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan çempionu “Qarabağ” da yer alıb.

Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 7 səfər matçında xal itirməyib. Bu, milli çempionatların yüksək dəstələri üçün dünyada ikinci seriyadır.

Yalnız “Altın Asır” Türkmənistan çempionatında 11 səfərdə qalib gəlib. “Qarabağ” isə planetin ikincisi olmaqla həm də Avropada ən yaxşıdır.

Qeyd edək ki, davam edən seriyalar arasında mütləq dünya rekordu “Brann”a məxsusdur. Norveçin aşağı liqa təmsilçisi 12 səfərdən itkisiz ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0