Qazaxıstan klubu Emil Balayevlə ayrılığı açıqladı
04.07.2022 - 13:24
Qazaxıstan klubu Emil Balayevlə ayrılığı açıqladı

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan klubu “Turan”dan rəsmən ayrılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkistan klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, 28 yaşlı qolkiperlə klub rəhbərliyi arasında danışıqların yekununda tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Balayev çox güman ki, karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Onun 2017-2019-cu illərdə formasını geyindiyi “Səbail”ə qayıtması gözlənilir.

Qeyd edək ki, Emil Balayev “Turan”a bu ilin martında “Qarabağ”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0