“Qəbələ” – “Fehervar”: Kim şanslıdır?
28.07.2022 - 11:51
“Qəbələ” – “Fehervar”: Kim şanslıdır?

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” (Azərbaycan) – “Fehervar” (Macarıstan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Macarıstan təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Qəbələ şəhər stadionunda baş tutacaq matçda “Fehervar”ın qələbəsi 2,07, “Qəbələ”ni uğuru 3,32 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,40 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0