"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu “Olimpiakos”la səfər matçına çıxacaq.
Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını Yunanıstanda keçirəcək. Evdə 0:3 hesabı ilə uduzan “Qəbələ” Pireydə çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Qeyd edək ki, təmsilçimiz I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
Cavab oyunu, 29 noyabr
19:00. “Olimpiakos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Ceymi Robinson
Baş hakimin köməkçiləri Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya)
Pirey. Georgios Karaiskakis stadionu
İlk oyun – 3:0