“Qəbələ”dən 150-ci ev qələbəsi
19.12.2022 - 21:46
“Qəbələ”dən 150-ci ev qələbəsi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Qəbələ” üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” ev matçında “Qarabağ”a qalib gəlib.

1:0 hesabı ilə bitən görüşdə yeganə qola Ramon Maçado imza atıb. Bu, “Qəbələ”nin tarixində 150-ci ev qələbəsi olub. Yubiley 316-cı qarşılaşmaya təsadüf edib. “Qırmızı-qaralar” Premyer Liqada 106, kubokda 23, birinci divizionda 13, avrokuboklarda 8 ev qələbəsinə sevinib.

Qeyd edək ki, “Qəbələ”nin ilk ev qələbəsi 2005-ci il sentyabrın 21-də qeydə alınıb. Birinci divizionda çıxış edən komanda “Şərur”u 8:0 hesabı ilə məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0