“Qəbələ”nin futbolçusu cəzalandırıldı
01.03.2024 - 14:43
“Qəbələ”nin futbolçusu cəzalandırıldı

Gəncədə AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az PFL-ə istinadla xəbər verir ki, iclasda XXIII turun “Qəbələ” – “Qarabağ” oyununda baş verən hadisə müzakirə olunub.

“Qəbələ”nin 53-cü dəqiqədə qırmızı vərəqə alan futbolçusu Feras Abu Akal 1 oyun şərti olmaqla 2 matçlıq cəzalanıb. Klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.

writer photo
Əlirza Əlirzalı
0