Qətər əmiri "Mançester Yunayted"i almaq istəyir
08.02.2023 - 20:30
Qətər əmiri "Mançester Yunayted"i almaq istəyir

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani “Mançester Yunayted”i almaqda maraqlıdır.

Apasport.az xəbər verir ki, Qətər əmiri “Mançester Yunayted”i 4,5 milyard funt sterlinqə dəyərləndirir. Mankunianların hazırkı sahibləri olan Qleyzer ailəsi isə 6 milyard funt sterlinq almaq istəyir.

Digər problem isə o ola bilər ki, Qətər əmiri tərəfindən dəstəklənən Qatar Sports Investments investisiya fondu 2011-ci ildən PSJ-yə sahibdir və UEFA-nın reqlamenti eyni sahibi olan klubların birlikdə avrokuboklarda iştirakına icazə vermir.

Qeyd edək ki, Qleyzer ailəsi noyabrda “Mançester Yunayted”in satışını nəzərdən keçirməyə hazır olduqlarını açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0