Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” – “Qarabağ” matçına proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Dmitri Qolovko Belçikadakı qarşılaşmaya ikiqat mərc edib.
Mütəxəssis həm nəticə, həm qolla bağlı proqnoz verib. Belə variantın əmsalı 2,75-ə bərabərdir:
Azərbaycan klubu evdəki ilk matçda gözəl oynayaraq rəqibə çərçivəyə bir zərbə də vurmağa imkan vermədi. 51-ci dəqiqədə Ramil Şeydayev penaltini qola çevirsəydi, komandanın azarkeşləri daha çox sevinərdi. Qələbə minimal hesabla olsa da, bu, 1/8 finala doğru vacib addımdır.
Hazırda formada olmayan “Gent” son 5 matçda 1 qələbə və 1 heç-heçəyə nail olub. Bunu nəzərə alsaq, “Qarabağ” səfərdə də yaxşı nəticə qazana bilər. Rəqibindən fərqli Azərbaycan çempionu əla formadadır. Bu üzdən də “Qarabağ” uduzmayacaq.
İlk qarşılaşma təkcə qol deyil, hətta real imkanlar sarıdan kasad alınıb. “Gent” belə oynamağa öyrəşməyib. Belçikalılar evdə topa daha çox nəzarət etməyə, hücumları sıralamağa çalışacaq.
“Qarabağ”ın müdafiəsi hardasa bir dəfə də olsa boşluq verə bilər. Düşünürəm ki, meydan sahibləri arenanı qolsuz tərk etməyəcək.
Proqnozum: X2 və 1-ci komanda 1 Üst