Qonaqlar uduzmayacaq - PROQNOZ
07.06.2022 - 17:22
Qonaqlar uduzmayacaq - PROQNOZ

Millətlər Liqasının Finlandiya – Monteneqro matçının favoriti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Vladislav Krupenin B liqasının II turunun görüşünə proqnoz verib.

O, 3-cü qrupda mübarizə aparan komandaların duelində qonaqları daha şanslı hesab edir. Krupenin Monteneqroya pul qoyuluşunu daha məntiqli sayır:

Monteneqroya tam əminəm. Bu komanda özünün ötən oyununda soyuqqanlı və dəqiq çıxış edib.

Onların futbolu məni inandırdı. Eyni sözləri Finlandiya barədə söyləyə bilmərəm.

Bukmekerlərin qonaqları qiymətləndirməməyindən yararlanmalıyıq. Belə yüksək əmsala mərc etmək lazımdır.

Monteneqro uduzmayacaq. Hətta azarkeş dəstəyi də meydan sahiblərinə yetərli olmayacaq. 

Proqnozum: X2

writer photo
Əlirza Əlirzalı
0