“Həm birinci, həm ikinci matçda komandanın oyunundan razı qaldım.”
Apasport.az saytı xəbər verir ki, bunu “Legiya” ilə görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis komandanın hazırlığını dəyərləndirib: “Hazırlıq prosesinin elə dövrüdür ki, futbolçular yükləniblər. Hər iki qarşılaşmada çoxlu əvəzetmələr etdik. Yorğun olmağımıza baxmayaraq, oyunçular tapşırıqları düzgün yerinə yetirdilər. Getdikcə komanda daha yaxşı vəziyyətdə olacaq. Qarşıda üçüncü yoxlama matçı var. Çempionlar Liqasının ilk oyununa optimal formada çıxacağımıza inanıram. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”a ilk oyununu iyulun 11-də keçirəcək.
Qurban Qurbanov: “Komanda daha yaxşı vəziyyətdə olacaq”
02.07.2023 - 01:14
0
0