Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ən yaxşılar arasındadır.
Siyahıda yeganə azərbaycanlı olan Qurbanov iki pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 207-cidir.
“Neftçi”nin rumıniyalı çalışdırıcısı da irəliləyişə nail olub. 2 addım yüksələn Regekampf 1627 xalla 175-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) “üçlüy”ü başçılıq edir.