"Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev deyib.
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edən hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib.
Forvard “Olimpiakos”la Yunanıstandakı görüşdə vurduğu qolu çılğın şəkildə qeyd etməsinə və bunun yerli azarkeşlər tərəfindən narazılıqla qarşılanmasına da münasibət bildirib: "Mən sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevinci idi" .
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la oktyabrın 13-də qarşılaşacaq.