Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"
13.11.2024 - 17:17
Ramin Quliyev: "Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır"

"Hər halda, artıq Azərbaycan millisi üçün qələbə qazanmağın vaxtıdır. Öz meydanımızda oynayırıq, hazırlaşmağa da vaxtımız olduğu üçün qələbə qazanmağımız üçün heç bir çətışmamazlığımız yoxdur. Sözsüz ki, çətin olacaq. Çünki qrupda qələbə qazanmamışıq və özgüvən itib. Amma bu oyunda millimizə inanırıq".

Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq üzvü Ramin Quliyev deyib. 

O, yığma komandamızın Estoniyaya qarşı keçirəcəyi görüşdən gözləntilərini bildirib: "Estoniyaya qarşı ilk oyunda da qələbə qazanmalı idik. Oyuna çox yaxşı başlamışdıq. Sadəcə rəqibin o imkanlardan istifadə etməsi məğlubiyyətə gətirib çıxardı. Millimiz üçün əsas məsələ özünəinam, xarakter göstərmək, meydançanın hər qarışı uğrunda mübarizə aparmaqdı. Estoniya ilə matçda uğurlu nəticə qazanmağa borcluyuq. Hansı heyət olursa-olsun. Bu komandanı öz meydanımızda udmayacağıqsa, başqa kimə qalib gələcəyik daha? Hazırki heyət qalib gəlməyimizə qadirdi".

Quliyev, millinin D liqasına yuvarlanmaq təhlükəsinin olmasını şərh edib. Bununla yanaşı, Fernandu Santuşun işinə, həm də milli üçün futbolçu seçimi haqda fikirlərini bildirib:

"Deməzdim ki, D liqasına düşsək faciə olaca. Olanımız budur, deməli bacardığımız da budur. Yəqin ki, D liqasında qələnə qazanarıq. Amma inanırıq ki, qələbə olacaq və komandamız ən azından C divizionunda qalacaq. Onsuzda hər bir halda nəticələrə baş məşqçi cavabdehdir. Santuş postunda qalmalıdır və ona vaxt vermək lazımdır. Məncə, vaxta ehtiyacı var. Santuşun üstün və zəif cəhətlərini demək biraz çətindir. Çünki onu bilmək üçün komandanın içində olmaq lazımdı. Millinin heyət seçiminə gəldikdə, inanmıram ki, Santuşun seçiminə müdaxilə olsun. Sadəcə Mehdi Cənnətovun dəvət olunmaması mənə maraqlı gəldi. Çünki neçə oyun millidə əsas heyət üzvü olan qapıçını kənarda saxladı. Yəqin ki, nəsə bildiyi və əsaslandırdığı var".

writer photo
Əlirza Əlirzalı
0