Ramos “Neftçi”dəki həmyerlisini təriflədi: “Mudo onu yaxşı bacarır”
05.09.2023 - 15:18
Ramos “Neftçi”dəki həmyerlisini təriflədi: “Mudo onu yaxşı bacarır”

“Mudo Paraqvayda yetərincə tanınmış futbolçudur. Onu burada hamı tanıyır və necə oyunçu olduqlarını bilirlər. Artıq rekordlara və yaxşı təcrübəyə malik futbolçudur”. 

Bunu apasport.az saytına “Neftçi”nin keçmiş paraqvaylı futbolçusu Erik Fabian Ramos deyib. 

“Ağ-qaralar”ın heyətində beş il oynamış yarımmüdafiəçi bildirib ki,  Bakı təmsilçisinin həmyerlisi olan yeni transferi Dieqo Valdez - “Mudo” texnikası yüksək oyunçudur: “O, uzaq məsafədən güclü və dəqiq zərbələr endirir. Üstəlik, ötürmə oyunun sevir, onu yaxşı bacarır. Şəxsən mən “Neftçi”nin yarımmüdafiəsini Qara Qarayev və Emin Mahmudovla təsəvvür edirəm. Məncə, “Neftçi”ni irəliyə apara biləcəklər”. 

Ramos Azərbaycan Premyer Liqasında V turda Mudonun debüt oyununda “Sumqayıt”a vurduğu qola da baxdığını deyib: “Çox gözəl qol vurur, dəqiq və qola hesablanmış zərbədir. Bu cür davam edəcəyinə inanıram”.

Onun sözlərinə görə, “Neftçi”nin futbolçusu ölkəmizdə adaptasiya problemi də yaşamayacaq: “O, Meksikada legioner həyatı yaşayıb. İlk dəfə deyil ki, xaricdə çıxış edir. Mudonun adaptasiya sarıdan problem yaşamayacağına dəqiq bilirəm. Biz paraqvaylılar adaptasiya problemi yaşamırıq, düşdüyümüz yerə tez bir zamanda uyğunlaşırıq”.

Qeyd edək ki, “Neftçi” 29 yaşlı oyunçu ilə 1+1 il şərti ilə müqavilə bağlayıb.

writer photo
Əlirza Əlirzalı
0