Regekampf: “Həm özümün, həm oyunçuların adından ÜZR İSTƏYİRƏM” - MÜSAHİBƏ
07.05.2023 - 17:31
Regekampf: “Həm özümün, həm oyunçuların adından ÜZR İSTƏYİRƏM” - MÜSAHİBƏ

“Bu oyun haqda düşünmürəm ki, danışılası şeylər var".

Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Misli Premyer Liqasının XXXIII turunun “Turan”la (0:4) görüşündən sonra rumıniyalı mütəxəssis azarkeşlərdən üzr istəyib: “Bu oyun haqda düşünmürəm ki, danışılası şeylər var. Komandanın fanatlarından üzrxahlıq etmək istəyirik. Bu, "Neftçi" kimi komanda üçün yaxşı nəticə deyil. Kubokda finala adladıqdan sonra komandada atmosfer sanki dəyişib. Konsentrasiya yox idi. Bu isə "Qarabağ"la oyundan başladı. Qarşıda üç oyunumuz var, biri səfərdə, ikisi evdə. Biz davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu yenidən komandaya qaytarmalıyıq. Zədəli oyunçular var ki, çoxunun problemi həll olunub. Bu gün üçün oynamaqları çətin idi. "Turan Tovuz"dan bu cür oyun gözlənilirdi. Çünki kubokun yarımfinal oyununda son dəqiqələrində oyunu əldən verdilər və biz finala çıxdıq. Onlar da çox əziyyət çəkdilər. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda asan olmayacaq, mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik. Çox seçimimiz də yoxdur. Əlbəttə ki, ev oyunumuz tamamilə fərqli olacaq. Bir daha həm öz adımdan, həm oyunçular adından azarkeşlərdən üzr istəyirəm”.

- "Turan Tovuz" bu mövsüm ilk dəfədir ki, dörd qol vurur...
- Haqlısız. Azn öncə də vurğuladım ki, bizim səviyyədə olan komandada belə şey baş verməməlidir. Çox asanlıqla qollar buraxdıq. İki qol standart vəziyyətdən vurulduq. Birinci qola baxsaq, top bizdə olsa da, adi vəzyyətdə itirdik və qol buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu loqolu formada meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilik.

- Nəticəyə görə utanırsız?
- Bəli, vurğuladığım kimi komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız birik. Komanda kubokun finalına çıxanda da, “mən etdim” deməmişəm. Həmişə biz deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. Bu "Turan-Tovuz"la nəticəni "yumalıyıq" və bütün tənqidləri qəbul edirik. Amma eyni anda da çalışmalıyıq. KOmanda üçüncü pillədə qərarlaşacaq, mövqemizdə dəyişiklik olmayacaq, bunu futbolçular da bilir. Ona görə bir daha deyirəm, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən. Amma bəzən elə məqamlar var ki, nə itirəcəyin, nə də qazanacağın şeylər var. Belə düşünəndə də, bu cür hallar rastlaşımaq mümkündür. Komandamız da elə də böyük deyil, dəyişikliyə çox imkan yoxdur. Ona görə də, hazırda həssas davranmalıyıq. Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə ehtiyacım var, meydanda döyüşsünlər və qazansınlar. "Turan-Tovuz"la oyundan sonrakı epizodları unuda bilmirəm. Eyni komandadır. Bugünkü məğlubiyyəti təsaüdf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər məni "vurmaq" istəyirsizsə, buyurun.

Final fiti səslənən kimi komandanı meydanın mərkəzinə yığdınız...
Oyundan qabaq da onlara demişdim ki, nələri etməsək, başımıza nələr gələ bilər. Dediyim oldu. Fərid Yusifliyə lazımsız yerə sarı vərəqə aldığına görə əsəbləşmişdim. Buna görə cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Stankoviç bir oyunu buraxacaq, Azər zədəlidir. Ata Caberin tam hazır deyil, keçmiş formasına qaytarmalıdır. Eddiyə daha çox oynamaq imkanı verməliyik. Bizim komanda fərqli olacaq. Oyunçularımla danışdım ayılmalı olduğumuzu dedim. Daha ciddi olmalıdılar, tətil hələ başlamayıb. Çempionatda qələbə qazansaq da, tabloda heç nə dəyişməyəcəkdi. Amma imkan verə bilmərik ki, adımız belə ləkələnsin. Bəlkə də, deyə bilərlər ki, daha gənclərlə oynamaq olar. Amma bunu edə bilmərik. Çünki finalda oynayacağıq, legionerlər də hazır olmalıdır.

- Ancaq kuboka köklənmisiz....
- Çünki bu tituldur. Niyə bunu önəm verməyək? Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. Çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı sezon üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacib kuboku qazanmaqdır. Çünki artıq komanda UEFA Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Ona görə deyirəm ki, futbolçuların düşüncə tərzi ilə oynamaq asan deyil. Onların kuboku qazanmaq haqqı var. Döyüşüblər, mübarizə aparıblar. Bugünki oyuna və nəticəyə görə üzülürəm. Eyni zamanda, sevinirəm ki, bu oyunçular komandanı kuboku finala daşıyıblar, üçüncü yeri tutublar. Bəli, razıyam, belə hesabla uduzmaq olmaz. Oyunçularımla bu haqda danışmışam, bu, mümkün deyil. Sizə yalan danışa bilmərəm. Amma yaddan da çıxarmayaq ki, onlar indiyə qədər nələr edib. Finala vəsiqə qazanıblar. Bu da, bir tituldur. Mövsüm bitəndə rəhbərlik üçüncü yeri bəyənməyəcəksə, mənə bildirəcək  və tənqidlərə hazıram. Amma sizə əminliklə deyə bilərəm ki, növbəti mövsümdə istədiyimiz heyət, komanda olsa, çempionluq uğrunda mübarizə apara bilərik. Demirəm ki, oyunçuları dəyişəcəyik. Yeni oyunçular gəlməlidir.

- Süni meydanda komanda niyə çətinlik çəkir?
- Oyundan əvvəl burada məşq etmək istəmirdik. Oyunçularla bağlı kifayət qədər problem var. İstəmirəm ki, bu söhbət nəyinsə üstünü örtsün. Hər dəfə qarşılaşmadan sonra meydança amilini bəhanə etmək istəmirəm. Gələcəkdə oynayan komandalar üçün bu cür meydanda çıxış etmək çətindir. Oyunçular tam gücünü meydanda qoya bilmir. Bu cür meydançalarda oynayan ev sahibləri lider komandalara qarşı fərqli arzulu çıxış edirlər. Heç bir epizodda rəqib çəkinmir, sonadək döyüşürlər. Onlar ən yaxşısını etməyə çalışırdılar. Rəqibi təbrik edirəm. Amma bizim kimi komandalar və oyunçular üçün bu cür meydanda oynamaq çətinlik yaradır. Lakin bunlar hesabın üzrxahlığı deyil.
 

writer photo
Əlirza Əlirzalı
0