Rəşad Sadıqov: "Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq"
07.08.2024 - 21:28
Rəşad Sadıqov: "Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq"

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə" "Osiyek"lə (Xorvatiya) qarşılaşacaq.

Apasport.az xəbər verir ki, ilk oyundan öncə keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

42 yaşlı mütəxəssis sabah çox önəmli matça çıxacaqlarını deyib.

"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

writer photo
Əlirza Əlirzalı
0