Misli Premyer Liqasının 4-cü turunun ikinci oyun gününə Zirədə yekun vurulub.
Apasport.az xəbər verir ki, "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olan meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun bizim üçün bir az uğursuz başladı. 30-cu saniyədə təhlükəli vəziyyət oldu qapımızda. Rəqib gözlədiyimiz kimi bizi əks-hücumda tutdu və möhtəşəm zərbə ilə qol vurdular. Ondan sonra nəzarət bizdə idi. İkinci yarıda möhtəşəm oynadıq. Futbolçulardan razıyam. Üç gün əvvəl ağır məğlubiyyət almışdı. Hamısını nəzərə alsaq, yaxşı oynadıq. Vacib olan odur ki, bu oyunu daha da inkişaf etdirməliyik. Rəqibin qapıçısı çox yaxşı 3-4 seyv etdi.
- Hakim idarəçiliyi ilə bağlı fikriniz necədir?
- Etirazım o idi ki, niyə bizdə VAR-a 4-5 dəqiqə baxırlar? Qol sayılmırsa, problem deyil. Tez qərar vermək olar. Oyunumuz dinamik keçsə, futbolumuzun da inkişafıdır. Həkimlər də meydana girdi, oyun dayandı. Elə 7-8 dəqiqə orada dayandı.
- Bu məğlubiyyəti “Omoniya”ya ağır məğlubiyyətə bağlayırsız?
- Oyunumuz alınmasaydı, bağlayardım. Məğlubiyyətdən sonra komanda əzilmiş olur. Amma oyunumuz onu demədi. Ağır məğlubiyyətə baxmayaraq, yaxşı oynadıq, gözəl oynadıq. Sadəcə rəqib keçilməz idi. Bir qol lazım idi ki, üstünlük bizə keçsin. Rəqibin də əzmkar oyununu nəzərə almaq lazımdır.
- Ağır məğlubiyyətlərin nəticəsi daha da böyük fəsadlara gətirib çıxarmaz?
- “Omoniya” ilə ağır məğlubiyyəti qəbul edirəm. Bu günkü isə futbolun daxilində olan bir şeydir. Oyunumuz alınmasaydı, razı olardım. Mənə vacib olan oyundur.