Roman Qriqorçuk: "Azarkeşlərin futbolçulara irad bildirməsinə səbəb yoxdur"
10.08.2024 - 23:25
Roman Qriqorçuk: "Azarkeşlərin futbolçulara irad bildirməsinə səbəb yoxdur"

Misli Premyer Liqasının "Səbail" - "Neftçi" matçı sülhlə başa çatıb.

Apasport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda fikriniz necədir?

- İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma qola çevirə bilmədik. Onlardan yararlansaydıq, oyun başqa cür alınardı. Bu oyuna görə heç bir oyunçuya irad bildirə bilmərəm. Çünki meydanda özünün ən yaxşısını qoymayan oyunçu yox idi. Qələbə qazanmaq istəyirsənsə, epizodları vurmaq lazımdır.

- Matçdan sonra futbolçularla azarkeşlər arasında problem yaşandı. Ervin Koffi azarkeşə butulka atdı. Ona cəza veriləcək?

- "Neftçi" şübhəsiz ki, hər oyunda qələbə qazanmalıdır. Azarkeşlərə qələbə bəxş etməliyik. qələbə olmayanda neqativlik yaranır. Epizoddan uzaqda idim. Bİlmirəm səbəb nə idi ki, oyunçularla azarkeşlər arasında problem yaşandı. Düşünmürəm, hansısa səbəb var ki, oyunçulara belə irad bildirilsin. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz deyirsə belə, onlara haqq qazandırmaram. 

- Kilan Lebon niyə start heyətində meydana çıxmırdı? 

- Deyə bilmərəm ki, Lebondan öncə başqa cür oynadıq, girəndən sonra oyun dəyişdi. Lebon meydana əla daxil oldu. Çox epizodları sürətləndirirdi, maraqlı hərəkətlər edirdi. Məncə, gələcəkdə o daha çox oynaya bilər. O, komandaya sonradan qoşuldu, özünü çox yaxşı tərəfdən göstərdi. Onunla danışmışıq. Əminəm ki, yaxın vaxtlarda 90 dəqiqə oynayacaq.

- Azarkeşlər Emin Mahmudovdan soruşurdular ki, "Qarabağ"a necə çatacaqsız? Növbəti turda da "Sabah"la oynayacaqsız. Düşünmürsüz ki, gələn turda oyundan sonra azarkeşlər məhz sizin özünüzü ora dəvət edəcək?

- Mən hər zaman azarkeşlərlə söhbət etməyə açığam. Bu suala necə cavab verim, bilmirəm. "Qarabağ" çox güclü komandadır. Nəyə görə də hər iki cəbhədə oynayıb, xallarını qazanmasın? "Qarabağ" liqada ən güclü komandadır.

 

writer photo
Əlirza Əlirzalı
0