Avropa Liqasının “Qarabağ” – “Frayburq” oyununa proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Roman Troitski görüş ərəfəsində şansları dəyərləndirib.
Mütəxəssis Bakıdakı qarşılaşmanın favoritini də müəyyənləşdirib. O, noyabrın 3-dəki oyunda meydan sahiblərini şanslı sayır:
“Qarabağ” ölkəsinin ən güclü klubudur. Bir dəfə istisna olub ki, il yarım əvvəl daxili arenada 1-ci yeri “Neftçi” tutub.
Ancaq Qurban Qurbanovun yetirmələri qızılı qaytara biliblər. Yenə Çempionlar Liqasında mübarizəyə başlayan komanda son təsnifat raundunda uduzaraq əsas mərhələyə yüksəlməyi bacarmayıb.
Əvəzində Avropa Liqasındakı nəticələr yaxşıdır. “Frayburq”a məğlubiyyətdən sonra “Nant”ı darmadağın edən “Qarabağ” “Olimpiakos”dan 4 xal alıb.
Nəticədə 2-ci yeri təmin etmək üçün gözəl şans yaranmışdı. Amma son hücumda qol vuran fransalılar 2:1 hesabı ilə qalib gəldilər.
Bununla da “Nant” fərqi 1 xala endirib. Ona görə də ağdamlılar son turda qələbə qazanmalıdır. Heç-heçə yetərli olmaya bilər.
“Frayburq” isə qrup mərhələsində hər şeyi həll edib. “Braysqaudan olan braziliyalılar” Bundesliqada ötən mövsümün sensasiyası olmasa da, ən azı gözlənilməzliyi idi. Bu yaxınlaradək ortabab sayılan komanda 4-cü yer üçün mübarizə apardı.
Ancaq sonda yalnız avrokuboklara vəsiqə əldə edildi. Kristian Ştrayxın yetirmələrə indi də daxili arenada liderlər qrupunda yer almaq üçün pis mübarizə aparmır.
İndi bütün komanda da məhz buna köklənib. Axı Avropa Liqasında hər şey vaxtından əvvəl təmin edilib. İlk dörd oyunun hamısında qalib gələn komanda pley-offa yüksəlib.
Nəticədə favorit arxayınlaşdı ki, az qala ötən tur evdə “Olimpiakos”a uduzacaqdı. “Frayburq” yalnız üçüncü uzatma dəqiqəsində məğlubiyyətdən qaçdı.
“Qarabağ” “Frayburq”la müqayisədə daha motivasiyalı olacaq. Almaniyalılar hələ Bakıya uzun məsafə də uçmalıdır. Ona görə də 2,00 əmsala bərabər olan meydan sahiblərinin qələbəsini təxmin edirəm.
Proqnozum: 1